Prokuror “Tik-Tok”da söyüşə görə qətl törədən şəxsə 11 il cəza istədi

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə
təqsirləndirilən Əli Musayevin cinayət işi üzrə məhkəmə istintaqı
yekunlaşıb.

AzerTimes-ın məlumatına görə, hakim Telman Hüseynovun sədrliyi ilə
keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsə cəza
istəyib.

Dövlət ittihamçısı Ə.Musayevin 11 il müddətinə azadlıqdan məhrum
edilməsini tələb edib.

Məhkəmənin növbəti iclası mayın 5-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2021-ci ilin noyabrında paytaxtın Nizami
rayonunda qeydə alınıb.
Natiq Ramazanov “Tik-Tok” sosial şəbəkəsində yazdığı nalayiq
ifadələrlə əlaqədar şəhər sakini 1982-ci il təvəllüdlü Ə.Musayev
ilə Nizami rayonu, Q.Qarayev prospektində görüşüb. Bu zaman
aralarında baş verən mübahisə zamanı Ə.Musayev N.Ramazanova sağ
budun yuxarı nahiyəsindən bıçaqla xəsarət yetirib və nəticədə o,
xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin
126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi
başlanıb.

Ə.Musayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib.

Teqlər: