Prokuror sabiq polis rəisini qətlə yetirən şəxsə 20 il cəza istəyib

Xəbər - Sami Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Elmar Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

AzerTimes-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Prokuror E. Hüseynovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası fevralın 15-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2020-ci ilin sentyabrında paytaxtın Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi ev 57A ünvanında qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan, 1948-ci il təvəllüdlü Tahir Tağıyev E.Hüseynov tərəfindən evdə qətlə yetirilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, qətlə yetirilən T.Tağıyev Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadənin qardaşının qaynıdır. Ehtiyatda olan polkovnik T.Tağıyev Binəqədi rayonunda polis rəisi olub.

Teqlər: