Ötən ay işğaldan azad olunan ərazilərdən 289 mina aşkarlanıb

ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlar barədə aylıq statistik məlumatları açıqlayıb.

ANAMA-dan AzerTimes-a bildirilib ki, yanvarın 5-dən yanvarın 31-nə qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 32 piyada əleyhinə mina, 27 tank əleyhinə mina və 230 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 7 180 hektar ərazi mina və PHS-lardan təmizlənib.

Teqlər: