Prokuror “Royal Bank”ın rəhbərləri olan ata-oğula ağır cəza istədi

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv olunan “Royal Bank”ın
Müşahidə Şurasının sədri Əli Cam və bankın direktoru Cam Fuadın işi
üzrə məhkəmə prosesi davaçm etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə
keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb.

Prokuror təqsirləndirilən şəxslərə cəza istəyib.

Dövlət ittihamçısı Əli Camın 9 il, oğlu, bankınm direktoru Fuad
Camın isə 14 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti iclası martın 4-nə təyin edilib.


Qeyd edək ki, bir neçə ildir beynəlxalq axtarışda olan “Royal
Bank”ın direktoru Cam Fuad Əli oğlu bu ilin aprel ayında
saxlanılaraq Azərbaycana gətirilib. Ona Baş prokuror yanında
Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin
179.3.2-ci (mənimsəmə- külli miqdarda olmaqla törədildikdə) maddəsi
ilə ittiham verilib.

Cinayət işi üzrə zərərçəkmiş qismində Kənd Təsərrüfatı Nazirliyi
və Əmanətlərin Sığortalanması Fondu tanınıb.

Bankın Müşahidə Şurasının sədri Cam Əli Məhəmmədhəsən oğluna isə
Cinayət Məcəlləsinin mənimsəmə maddəsi ilə yanaşı, 213.2.2-ci
(külli miqdarda vergidən yayınma) maddəsi ilə də ittiham
verilib.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin (AMB) 2012-ci il 13
iyul tarixli qərarı ilə “Royal Bank”a verilən lisenziya ləğv
olunub.

Teqlər: