Prokuror Kəlbəcərdə terrorda təqsirləndirilən ermənilərə cəza istədi

Xəbər - Samir Əli – Trend:

Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır
Cinayətlər Məhkəməsində Kəlbəcərdə terrorçuluqda təqsirləndirilən
daha iki Ermənistan vətəndaşı – Sarqsyan İşxan Aşotinin və
Rafaelyan Vladimir Otarinin barəsində olan cinayət işi üzrə məhkəmə
prosesi davam edib.

AzerTimes-ın məlumatına görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə
keçirilən prosesdə məhkəm istintaqı yekunlaşıb. Dövlət ittihamçısı
İşxan Sarqsyanın 20 il, Vladimir Rafaelyanın isə 19 il müddətə
azadlıqdan məhrum edilməsini istəyib.


Qeyd edək ki, ittihama görə, Ermənistan Müdafiə Nazirliyinin
xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsində qrup komandiri Sarqsyan
İşxan Aşoti və mühəndis istehkamçı qismində hərbi xidmət keçən
Rafaelyan Vladimir Otari 27 may 2021-ci il tarixdə saat 03
radələrində Azərbaycan Respublikasının dövlət sərhədini Kəlbəcər
rayonu istiqamətində təkrarən qanunsuz olaraq keçib, Azərbaycan
Respublikasının Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya
olunmuş bölmələrinin və digər təyinatlı məntəqələrin Kəlbəcər
rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən təminat və digər
keçid yollarında minalanma işlərini həyata keçirib.
Qeyd olunan şəxslərin həmin cinayət əməllərini törətmələri müəyyən
edilərək cinayət başında yaxalanıb, Azərbaycan ərazisinə
keçirilməsini təşkil etdikləri “TM 62-M” və “E-00-M” tipli
ümumilikdə 23 ədəd mina aşkar edilərək götürülüb.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu
silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə
etməklə törədildikdə), 228-ci ( qanunsuz silah əldə etmə), 318-ci
(qanunsuz ölkə sərhədini keçmə), 282-ci (təxribat törətmə)
maddələri ilə ittiham elan edilib.

Teqlər: