Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Vətən Müharibəsində parlaq qələbə qazandı – Sevil Mikayılova (FOTO/VİDEO)

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Vətən
Müharibəsində parlaq qələbə qazandı.

AzerTimes-ın məlumatına görə, bu
barədə Milli Məclisin deputatı Sevil Mikayılova “İsrael National
News” saytına müsahibəsində bildirib.

S.Mikayılova qeyd edib ki, Azərbaycan və İsrailin tarixi bağları
var və bu səbəbdən iki ölkə arasındakı münasibətlər hər zaman
yüksək səviyyədə olub.

“İsrailə gəldiyim andan insanlardan, görüşdüyüm dostlarımdan
istiliyi, səmimiliyi hiss etdim. Biz tariximizlə, yəhudi xalqı ilə
olan münasibətlərimizlə qürur duyuruq. Onlar Azərbaycanda
yaşayırlar, yaradırlar, cəmiyyətdə bərabər hüquqlara sahibdirlər”,-
deyə deputat bildirib.

Müsahibənin video variantını təqdim edirik:

Teqlər: