ABŞ-ın Procter&Gamble (P&G) şirkəti sanksiyalar, maliyyə
məhdudiyyətləri və təchizat problemləri səbəbindən Rusiya bazarını
tərk edə biləcəyini açıqlayıb.
Trend xəbər
verir ki, bu barədə “Ruters” agentliyi yazır.
Şirkət qeyd edir ki, belə qərarın əsas səbəbi Ukraynadakı
böhranın korporasiyanın pərakəndə müştərilərinə, təchizatçılarına
və distribyutorlarına təsiridir. Son hadisələrə qədər Rusiya və
Ukraynadakı ticarətin həcmi qlobal satışın 1,5-2 faizini təşkil
edirdi.
Ötən ay P&G öz biznesinin Rusiya seqmentinə investisiyaların
dayandıdığını və Rusiya Federasiyasına ixrac edilən məhsulların
siyahısının azaldılmasını elan etmişdir.