“Prius” yük maşınını aşırdı – Foto

“Prius” yük maşınını aşırdı – Foto

Sumqayıtda ağır-yol nəqliyyat hadisəsi baş verib.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə Sahil küçəsində qeydə alınıb.

Belə ki, “İsuzu” markalı yük avtomobili ilə “Toyota Prius” markalı avtomobil toqquşub. Nəticədə “İsuzu” aşaraq restoranın məhəccərlərini yararsız hala salıb.

Qəza zamanı “Toyota Prius”un sürücüsü 1998-ci il təvəllüdlü Vüsal Hacılı və 1991-ci il təvəllüdlü Tural Şəyiyev xəsarət alıb, onların hər ikisi xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafidir.

Teqlər: