Priqojini bu təhdidlə dayandırıblar – Generaldan şok

Priqojini bu təhdidlə dayandırıblar – Generaldan şok

Rusiya xüsusi xidmət orqanları “Vaqner” üzvlərinin ailələrini təhdid etməyə başlayandan sonra Yevgeni Priqojin Moskvaya yürüşü dayandırıb.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Xarici Kəşfiyyat Xidmətinin 2020-2021-ci illərdə rəhbəri olmuş general-leytenant Valeri Kondratyuk deyib.

“Priqojin nə etdiyini və nəticələrin nə ola biləcəyini bilirdi. O, üsyan etməyə hazırlaşırdı və ailəsi təhlükəsiz yerdə idi. Bilirəm ki, oğlu Afrikada, qızı və arvadı isə təhlükəsiz yerdədir. Onun qaldırdığı silahlı qiyamla Putin dünya və daxili auditoriya qarşısında mümkün olan hər şeyini itirdi”, – Kondratyuk bildirib.

Teqlər: