Priqojindən şok: Ukrayna ordusu dünyanın ən güclüsüdür

Priqojindən şok: Ukrayna ordusu dünyanın ən güclüsüdür

Ukrayna indi dünyanın ən güclü ordularından birinə sahibdir.

AzerTimes xəbər verir ki, bunu “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin deyib.

“Xüsusi hərbi əməliyyat demilitarizasiya və denasifikasiya üçün aparılırdı. Biz Ukraynanı bütün dünyada məşhur etdik, bu ölkəni artıq hər yerdə tanıyırlar. Biz Ukraynanı legitimləşdirdik. Əgər müharibədən əvvəl onların 500 tankı var idisə, indi 5000 tanka sahibdirlər. Əgər ukraynalıların 20 mini döyüşə bilirdisə, indi 400 mini döyüşə bilir. Biz onları silahsızlaşdırdıq? Belə çıxır ki, əksinə oldu”, – Priqojin bildirib.

Teqlər: