Priqojindən Rosqvardiyaya çağırış: Tərəfimə keçin!

Priqojindən Rosqvardiyaya çağırış: Tərəfimə keçin!

“Vaqner” rəhbəri Sergey Priqojin Rosqvardiyanın əməkdaşlarına onun tərəfinə keçməyi təklif edib.

AzerTimes xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.

Qeyd edək ki, Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, “Vaqner”ə qarşı artilleriya və hərbi təyyarələrdən istifadə edərək, böyük əməliyyat keçirdiyini bildirib. “Vaqner” düşərgələrinə endirilən zərbə nəticəsində yüzlərlə vaqnerçinin öldüyü və yaralandığını da iddia edib.

Bunun ardınca Priqojin “hərbi çevriliş elan edib” və Rostova doğru irəliləməyə başlayıb. Şoyqunun Rostovdan qaçdığını bildirən Priqojin onu qorxaq da adlandırıb.

Hazırda isə onun ordusu ilə Moskvaya getdiyi iddia edilir.

Teqlər: