Priqojin Şoyqu və Gerasimovu təhqir etdi – Video

Priqojin Şoyqu və Gerasimovu təhqir etdi – Video

“Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovu lənətləyib.

AzerTimes xəbər verir ki, Priqojin öldürülmüş vaqnerçilərin meyitlərini göstərərək cəbhədə silah-sursat çatışmazlığından şikayətlənib.

“Bizdə sursat çatışmazlığı var. Şoyqu, Gerasimov, sursat hardadır? Bahalı klublarda oturursunuz məxluqlar. Övladlarınız əylənir, Yutubda videolar çəkirlər. Düşünürsünüz ki, siz bu həyatın ağalarısınız və onların (cəsədləri göstərir-red.) həyatı ilə oynamağa hüququnuz var. Elementar hesablamalar var – sursat normasını versəniz, beş dəfə az ölü olar. Onlar burada könüllü olublar və sizin kabinetlərinizdə kökəlməyiniz üçün ölürlər”.

Teqlər: