Priqojin generala cavab verdi: Dərin hərbi təcrübəm var

Priqojin generala cavab verdi: Dərin hərbi təcrübəm var

Mənim Rusiya Müdafiə Nazirliyində on illərlə xidmət edənlərdən daha çox hərbi təcrübəm var.

AzerTimes xəbər verir ki, bunu “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin deyib.

“General Boldırevin haqqımda dediyi tənqidləri tamamilə qəbul edirəm. Amma bir nüans var. Mənim və Kadırovun hərbidən uzaq adamlar olduğumuzu demək gecdir. Mənim 8 ildən artıqdır ki, dərin hərbi təcrübəm var. Fikrimcə, Kadırovda bu təcrübə daha böyük və daha dərindir”, – Priqojin bildirib.

Qeyd edək ki, Rusiya Quru Qoşunlarının keçmiş komandanı, ordu generalı Vladimir Boldırev Ramzan Kadırov və Yevgeni Priqojinin general-polkovnik Aleksandr Lapini tənqid etməyə haqlarının olmadığını bildirmişdi.

Teqlər: