Priqojin: 25 minlik ordu ilə gəlirəm, Şoyqu arvad kimi qaçdı

Priqojin: 25 minlik ordu ilə gəlirəm, Şoyqu arvad kimi qaçdı

Biz 25 min nəfərik, ancaq bu 25 min taktiki ehtiyatdır, strateji ehtiyat isə bütün ordu və bütün ölkədir.

AzerTimes xəbər verir ki. bu sözləri hərbi çevrilişə başladığını elan edən “Vaqner” özəl muzdlu qrupunun rəhbəri Yevgeni Priqojin deyib.

O bildirib ki, istəyən hər kəs onlara qoşula bilər:

Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostovdan qaçdığını da bildirib:

“Şoyqu elə indicə qorxaqcasına Rostovdan qaçıb. 21:00-da, o, arvad kimi qorxaqdır. Bizim oğlanları məhv etmək üçün niyə vertolyotlar qaldırdığını, niyə raket zərbələri endirdiyini izah etməmək üçün qaçdı. Bu məxluq dayandırılacaq”.

Qeyd edək ki, Rusiya ordusunun “Vaqner” qruplaşmasına zərbə endirdiyi, çoxsaylı ölən və yaralanan olduğunu bildirən Priqojinin hərbi çevriliş elan etdiyi və Rostova doğru getdiyi bildirilir.

Teqlər: