Prezidentlər razılaşdı: investorlar üçün asanlaşdırıcı tədbirlər…

Prezidentlər razılaşdı: investorlar üçün asanlaşdırıcı tədbirlər…

Cənab Prezident, Sizinlə razılaşdıq ki, istər Azərbaycan investorları, istərsə də misirli investorlar üçün ölkələrimizdə asanlaşdırıcı tədbirlər görülsün və onlara kömək göstərilsin.

AzerTimes xəbər verir ki, bu fikirləri Misir Prezidenti Əbdülfəttah Sisi yanvarın 28-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşündə deyib.

“Əsasən də əczaçılıq sahəsində müştərək müəssisələrin və müştərək investisiyaların yaradılması da bizim aramızda əldə olunan razılaşmadır. Siz qeyd etdiyiniz kimi, Azərbaycanın ehtiyac duyduğu bütün dərman preparatlarının siyahısı hazırlanıb bizə təqdim olunandan sonra biz də bu istiqamətdə öz işlərimizi görəcəyik” – Misirin dövlət başçısı əlavə edib.

Teqlər: