Prezidentin yüksək vəzifə verdiyi Xələfov kimdir?

Prezidentin yüksək vəzifə verdiyi Xələfov kimdir?

Prezident İlham Əliyev Xələf Xələfovu Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edib.

Prezidentin digər sərəncamı ilə o, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib.

AzerTimes xəbər verir ki, Xələf Xələfov 21 sentyabr 1959-cu ildə Ermənistan SSR-də anadan olub.

1977-82-ci illərdə Kiyev Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə təhsil alıb.

1983-90-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində müfəttiş, bölmə rəisi vəzifəsində çalışıb.

1990-91-ci illərdə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında təhsil alıb (aspirantura).

1991-92-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin ikinci katibi vəzifəsində işləyib.

1992-97-ci illərdə Azərbaycan XİN-in Müqavilə-hüquq Şöbəsinin müdiri, Müqavilə-hüquq İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

1997-2018-ci illərdə Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsində çalışıb.

2018-19-cu illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində işləyib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 may 2019-cu il tarixli Sərəncamı ilə yenidən Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsinə təyin olunub.

12.01.2002-ci ildə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri dərəcəsinə, 17.09.2009-cu ildə “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adına, 2009-cu ildə Polşa Prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə “Böyük zabit” ordeninə, 27.12.2018-ci ildə Birinci dərəcəli dövlət müşaviri dərəcəsinə, 09.07.2019-cu ildə İkinci dərəcəli “Vətənə xidmətə görə” ordeninə, 20.09.2019-cu ildə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin “Beynəlxalq əməkdaşlığa töhfəyə görə” nişanına, 21.09.2019-cu ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

Evlidir, iki övladı var.

Teqlər: