Prezidentin paylaşımına Qurbanov belə reaksiya verdi

Prezidentin paylaşımına Qurbanov belə reaksiya verdi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Prezident İlham Əliyevin “köhlən atlar”ın Fransanın “Nant” komandasını məğlub etməsi ilə bağlı paylaşımına münasibət bildirib.

AzerTimes xəbər verir ki, mətbuat konfransından sonra jurnalistlərdən biri 50 yaşlı mütəxəssisə ölkə başçısının qarşılaşma barədə paylaşım etdiyini söyləyib.

Təcrübəli baş məşqçi buna “Qarabağ” Azərbaycandır” deyə cavab verib.

Qeyd edək ki, “Qarabağ” “Nant”ı 3:0 hesabı ilə məğlub edib.

Teqlər: