Prezidentin oğlu, kürəkəni və meneceri ifadə verəcək

Prezidentin oğlu, kürəkəni və meneceri ifadə verəcək

ABŞ prezidenti Donald Trampın böyük oğlu kiçik Donald Tramp, kürəkəni Cared Kuşner və seçki kampaniyası dövründəki meneceri Paul Manafort rusiyalı vəkillə görüş barədə ifadə verəcək.

Bir neçə həftə əvvəl bu şəxslərin ötən ilin iyununda Trampın seçkilərdəki əsas rəqibi Hillari Klinton əleyhinə informasiyaya sahib olduğunu deyən rusiyalı vəkillə görüşdüyü məlum olmuşdu.

Prezidentin oğlu görüş barədə email yazışmalarını ictimaiyyətə təqdim etmişdi. Daha sonra görüşdə vəkilin Hillari Klinton əleyhinə məlumata sahib olmadığını başa düşdüklərini deyən kiçik Donald Tramp atasının bu barədə xəbərsiz olduğunu qeyd etmişdi.

Qeyd edək ki, Donald Tramp prezident seçiləndən bəri Rusiyanın seçki prosesinə müdaxiləsi məsələsi gündəmdən düşmür və bu ölkənin ABŞ-ın daxili işlərinə qarışdığı iddia edilir.

donald careld paul