Prezidentin köməkçisi: Halal olsun “Qarabağ”a!

Prezidentin köməkçisi: Halal olsun “Qarabağ”a!

Halal olsun Qarabağ Futbol Klubu! Son saniyəyə qədər mübarizə aparan aslanlarımıza eşq olsun!.

AzerTimes xəbər verir ki, bunları Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Tvitter hesabında yazıb.

Qeyd edək ki, “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununu keçirib. Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun VI turunda Almaniya “Frayburq”unu qəbul edib. Rəqibi ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan təmsilçisi UEFA Avropa Liqası ilə vidalaşıb. Komanda UEFA Konfrans Liqasının pley-offunda çıxış edəcək.

Teqlər: