Prezidentin göstərişi ilə Kəlbəcərdəki lövhə söküldü – Foto

Prezidentin göstərişi ilə Kəlbəcərdəki lövhə söküldü – Foto

Kəlbəcər rayonunun Vəngli kəndi işğal altında olarkən ermənilər tərəfindən azərbaycanlıların şəxsi avtomobillərinin nömrələrindən düzəldilən lövhə sökülüb.

AzerTimes xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndində səfərdə olan zaman lövhənin sökülməsi barədə göstəriş verib.

Dövlət başçısının göstərişi dərhal yerinə yetirilib, ərazidə kommunal-təsərrüfat işçiləri lövhəni söküblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev noyabrın 7-də Kəlbəcər rayonunun Vəngli kəndində olublar.

Teqlər: