“Azəriqaz” gücləndirilmiş iş rejiminə keçir

“Azəriqaz” gücləndirilmiş iş rejiminə keçir

SOCAR “Azəriqaz” İB bayram və qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə AzerTimes-a İstehsalat Birliyindən məlumat verilib.

Bildirilir ki, Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) inzibatı binasında, Xəzər və Qaradağ xidmət sahələrində bayram günləri (8 və 9 noyabr) saat 10:00-dan 14:00-a qədər, qeyri-iş günləri (10, 11, 12 noyabr) saat 10:00-dan 17:00-dək, həmçinin “ASAN Kommunal” mərkəzlərində 11 noyabrdan vətəndaşlara xidmət göstəriləcək. 24/7 fəaliyyət göstərən 104/185 Çağrı Mərkəzinin fəaliyyəti gücləndiriləcək.

Qaz təsərrüfatına dair abonentləri narahat edən hər hansı məqam olarsa, 104/185 Çağrı Mərkəzinə zəng edə, 077 3 104 104 saylı “Whatsapp” nömrəsinə yazmaqla məlumat verə bilərlər.

Teqlər: