Prezidentin general rütbəsi verdiyi şəxs kimdir? – Dosye

Prezidentin general rütbəsi verdiyi şəxs kimdir? – Dosye

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib və general-mayor rütbəsi verilib.

AzerTimes xəbər verir ki, Naxçıvan şəhərində anadan olmuş İlqar Abbasov Naxçıvan Muxtar Respublikasında, Lənkəran və Səbail rayon prokurorluqlarında işləyib. Bundan sonra Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsində çalışan İ.Abbasov Baş prokurorun köməkçisi vəzifəsinə yüksəlib. 2009-cu ildən 2017-ci il aprel ayının 26-dək Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Həmin tarixdə keçmiş Baş prokuror Zakir Qaralovun əmri ilə vəzifəsindən azad edilib və Bakı şəhər prokuroru təyin olunub.

Bu ilin aprel ayında isə səlahiyyət müddəti başa çatdığı üçün Baş prokuror Kamran Əliyevin əmri ilə Bakı şəhər prokuroru vəzifəsindən azad olunub.

Teqlər: