Gürcüstan müxalifətinin təklif etdiyi və Prezident Salome Zurabişvilinin də dəstəklədiyi parlamentin gözlənilən növbədənkənar sessiyası keçirilməyib.
AzerTimes xəbər verir ki, buna səbəb hakim Gürcü Arzusu Partiyasının sessiyada iştirakdan imtina etməsi olub.
Parlament çoxluğunu təmsil edən deputat Givi Mikanadze brifinq zamanı bildirib ki, hakim partiya radikal müxalifətin planlaşdırdığı diversiya prosesində iştirak etməyəcək:
“Onların məqsədi Avropa və Avroatlantik strukturlara inteqrasiya və ya Avropa Komissiyasının tövsiyələrini yerinə yetirmək deyil, onların məqsədi qütbləşməni dərinləşdirmək və qeyd olunan tövsiyələri sabotaj etməkdir”.