Prezidentin Brüssel səfəri ölkəmizin həyata keçirdiyi uğurlu siyasətin göstəricilərini bir daha bəyan etdi – Deputat

Prezidentin Brüssel səfəri ölkəmizin hərbi, siyasi və diplomatik
müstəvidə həyata keçirdiyi uğurlu siyasətin göstəricilərini bir
daha bəyan etdi. Bu səfər Azərbaycan Prezidentinin böyük nüfuza
malik olması, onun regional liderliyi, ölkəmizin qalib dövlət kimi
tanınması və sülh müqaviləsi ilə bağlı danışıqların, səmərəli
əməkdaşlıq kimi əsas məsələlərin, o cümlədən, münasibətlərin
Azərbaycanın istədiyi formada qəbul olunması ilə xarakterizə oluna
bilər.

Ölkəmizin həyata keçirdiyi düzgün siyasət nəticəsində Avropa
İttifaqının rəsmi mövqeyi də Azərbaycan-Ermənistan münasibətlərinin
normallaşdırılması istiqamətində irəliləyişərin məhz bizim
istədiyimiz formada inkişafını özündə ehtiva edir. Münasibətlərin
normallaşdırılması isə regionda sülhün təminatı baxımından
əhəmiyyətlidir. Azərbaycan dövləti əldə etdiyi qələbə ilə şərtləri
diqtə edən tərəfdir və qarşı tərəfdən heç bir siyasi və ya iqtisadi
asılılığı yoxdur. Əksinə, Ermənistanın münasibətlərin
normallaşdırılmasından asılığı kifayət qədər çoxdur. Burada
Azərbaycan dövlətinin regionda sülhün təmin edilməsi və insanların
dinindən, milliyətindən asılı olmayaraq əmin-amanlıq içində
yaşaması istiqamətində humanist addımlar atması aydın şəkildə
görünür. Ermənistan tərəfi Azərbaycanın irəli sürdüyü maddələri
qəbul etməklə sülh müqaviləsini imzalaya və bununla da özlərinin
gələcək taleyini müsbət mənada dəyişdirə bilərlər. Bu onlar üçün
böyük bir şansdır. 30 ilə yaxın müddət ərzində torpaqlarımızı işğal
altında saxladığı zamanı təhlil etsək görərik ki, Ulu Öndər Heydər
Əliyevin və Heydər Əliyev Siyasi məktəbinin parlaq siması Prezident
İlham Əliyevin hərtərəfli və uğurlu siyasətinin nəticəsində güclü
dövlətə çevrilən Azərbaycan erməni tərəfinə bir neçə dəfə şans
verdi. Bu şansları dəyərləndirmədikləri üçün ciddi məğlubiyyətlə
üzləşdilər. Azərbaycan dövlətinin tələbləri nəzərə alınmaqla sülh
müqaviləsinin imzalanması prosesi zəruridir. Əks halda Ermənistan
tərəfi bundan sonra daha böyük problemlərlə üzləşəcək. Ümid edirəm
ki, Ermənistan əlinə düşən bu şansdan düzgün istifadə edəcək və
yekun sənədin imzalanması üçün lazımi addımları atacaq.

Brüssel səfərində diqqət çəkən əsas məqamlardan biri də Müzəffər
Ali Baş Komandanın liderlik xarizması və qalib dövlətin rəhbərinə
xas olan diplomatik davranışları idi. Azərbaycan xalqı öz
rəhbərinin fəaliyyətini qürurla izləyir və hər zaman onun
yanındadır.

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Şahin
İsmayılov

Teqlər: