Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Suqovuşanda məktəbdəki vəziyyətlə maraqlanıblar (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva Suqovuşana səfərləri çərçivəsində qəsəbədəki
144 şagird yerlik tam orta məktəbin binasında olub, təhsil
müəssisəsindəki vəziyyətlə maraqlanıblar.

Trend xəbər
verir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad
edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov
dövlətimizin başçısına və birinci xanıma eskiz layihəsi əsasında
məlumat verdi.

Qeyd olundu ki, yararsız vəziyyətə düşmüş Suqovuşan qəsəbə tam
orta məktəbinin binası Təhsil Nazirliyi tərəfindən təmir olunacaq.
Diqqətə çatdırılıb ki, məktəbin ərazisi 1 hektardır. Binanın ümumi
sahəsi 820 kvadratmetrə yaxındır. Məktəb 12 sinif otağından, 60
nəfərlik akt zalından və kitabxanadan ibarətdir.

Bildirildi ki, dördmərtəbəli binanın fasadının ətrafdakı fərdi
evlərə uyğunlaşdırılacağı nəzərdə tutulur. Fasadda fərdi evlərdə
olduğu kimi, dekorativ təbii daşlardan istifadə ediləcək. Məktəbdə
müasir standartlara uyğun idman meydançası qurulacaq, həyətyanı
sahə abadlaşdırılacaq.

Dövlətimizin başçısı məktəb binasının əsaslı təmirinə
başlanılması barədə tapşırıq verdi.

Teqlər: