Prezidentdən DGK ilə bağlı mühüm qərar

Prezidentdən DGK ilə bağlı mühüm qərar

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” 1995-ci il 1 may tarixli 170 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin kollegiyası aşağıdakı tərkibdə təsdiq edilir:

Kollegiyanın sədri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Kollegiyanın üzvləri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavinləri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının baş idarə rəisləri

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ərazi və ixtisaslaşdırılmış baş gömrük idarələrinin rəisləri.

Teqlər: