Ukrayna 45 əsgərini Rusiyadan geri aldı

Ukrayna 45 əsgərini Rusiyadan geri aldı

Bu gün Ukraynada yeni hərbi əsir mübadiləsi aparılıb.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna prezident aparatının rəhbəri Andrey Yermak məlumat verib.

Məlumata görə, 45 döyüşçüsü vətənə qayıdıb.

“Onların hamısı 9 il əvvəl Azov sahillərində yaradılmış bölmənin Milli Qvardiyaçılarıdır. 35 sıravi və çavuş, 10 zabit. Onların arasında Mariupolun müdafiəsi zamanı, Azovstalda ailə quran əsgərlər var”, – Yermak bildirib.

Teqlər: