Prezident və xanımı Mirziyayevləri belə qarşıladı

Prezident və xanımı Mirziyayevləri belə qarşıladı

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayevin rəsmi qarşılanma mərasimi keçirilib.

AzerTimes xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Özbəkistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Özbəkistan Prezidenti Şövkət Mirziyayev və xanımı Ziraatxan Mirziyayevanı salamlayıblar.

Özbəkistan Prezidenti Şövkət Mirziyayev Azərbaycan əsgərlərini salamlayıb.

Özbəkistan və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Azərbaycan nümayəndə heyətinin üzvləri Özbəkistan prezidentinə, Özbəkistan nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şövkət Mirziyayevin qarşısından keçib

Teqlər: