Prezident özünü kənd təsərrüfatı naziri təyin etdi

Prezident özünü kənd təsərrüfatı naziri təyin etdi

Filippinin yeni seçilən Prezidenti Ferdinand Markos qiymətlərin artması fonunda özünü həm də ölkənin kənd təsərrüfatı naziri təyin edib.

AzerTimes-ın məlumatına görə, F.Markos bildirib ki, ölkə daxilində qiymətlər xarici amillərlə əlaqədar, o cümlədən Ukraynada baş verən müharibə nəticəsində qlobal tədarük zəncirində yaranan problemlərlə bağlı artmaqda davam edir. Problemin həllinin vacibliyini qeyd edən F.Markos, bunun üçün ilk növbədə ərzaq məhsullarının istehsalının artırılmasının zəruriliyini bildirib.

Qeyd edək ki, seçkiöncəsi kampaniya zamanı F.Markos düyünün qiymətini azı iki dəfə azaldacağını vəd etmişdi.

Teqlər: