Gənclər üçün Azərbaycan Respublikası Prezidentinin mükafatçısı,
Gənclər Fondunun Müşahidə Şurasının üzvü Məryəm Məcidova Avropa
Şurası Gənclərlə iş üzrə Məşvərət Şurasına üzv seçilib. Avropa
Şurası Gənclərlə iş üzrə Məşvərət Şurasına üzv seçilmiş gənclər
Avropa Şurasının Gənclər Siyasəti sahəsində qərarverici orqanı olan
Gənclərlə iş üzrə Birgə Şurada təmsil olunur. Məşvərət Şurası
gənclərin tələblərini, ehtiyaclarını, fikirlərini özündə əks
etdirir və Avropada gənclərin hüquqlarının qorunmasına xidmət edir.
Mandatı 2 il davam edən təmsilçilik demokratik vətəndaşlıq, insan
hüquqları təhsili və qeyri-formal təhsil prinsiplərinə əsaslanaraq
təşkil olunur.
Şura 30 gənc üzvdən ibarətdir və Avropada fəaliyyət göstərən
beynəlxalq təşkilatların, milli gənclər şuralarının və yerli
gənclər təşkilatlarının nümayəndələrindən ibarətdir. Qeyd edək ki,
8 illik aradan sonra Azərbaycanı təmsil edən gənclər təşkilatının
nümayəndəsi yenidən Avropa Şurasının Gənclərlə iş üzrə Məşvərət
Şurasına yenidən üzv olaraq seçilib.