Prezident Leyenlə nələri müzakirə edib?

Prezident Leyenlə nələri müzakirə edib?

Biz bu gün qarşılıqlı maraq doğuran bir çox məsələlər ətrafında çox məhsuldar müzakirələr apardıq.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Leyenlə Bakıda keçirilən görüşdən sonra mətbuata açıqlamasında deyib.

Bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını vurğulayan dövlətimizin başçısı deyib:

“Bizim enerji sahəsində əməkdaşlığımızın 15 ildən çox tarixi var. Bugünkü sənəd Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış ilk sənəd deyil. Biz 2006-cı ildə də sənəd imzalamışıq. 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı sənəd imzalanıb. Beləliklə, bizim əməkdaşlığımızın uğurlu tarixi var”.

Teqlər: