Prezident İrəvana xəbərdarlıq etdi: Nə qədər gözləməliyik

Prezident İrəvana xəbərdarlıq etdi: Nə qədər gözləməliyik

Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir, öz üzərinə öhdəlik götürüb. Biz iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks istiqamətə gedən maşınlara toxunmuruq.

AzerTimes xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev hərbçilər qarşısında çıxışında deyib.

“Biz öhdəlik götürmüşük, yerinə yetiririk, sərbəst hərəkət. Ermənistan da öhdəlik götürüb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı olsun. İki il keçib üstündən, nə texniki-iqtisadi əsaslandırma var, nə hansısa hərəkət var, nə dəmir yolu, nə də avtomobil yolu. Biz nə vaxta qədər gözləməliyik?”, – İlham Əliyev bildirib.

Teqlər: