Mayın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında
telefon danışığı olub.
Bu barədə AzerTimes-a Prezidentin
Mətbuat xidmətindən məlumat verilib.
Prezidentlər Ramazan bayramı münasibətilə bir-birini təbrik
edib, qardaş Azərbaycan və Türkiyə xalqlarına ən xoş arzularını
çatdırıblar.
Dövlət başçıları Azərbaycan-Türkiyə dostluq və qardaşlıq
münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə uğurla
inkişaf edəcəyinə əminliklərini bildirib, əlaqələrimizin
perspektivləri ilə bağlı məsələləri müzakirə ediblər.
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı ölkəmizə səfərə
dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub.