Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan
arasında telefon danışığı olub.
Bu barədə Prezidentin Mətbuat xidmətindən AzerTimes-a məlumat verilib.
Telefon söhbəti zamanı ikitərəfli gündəliyə və regional
məsələlərə dair fikir mübadiləsi aparılıb. Azərbaycan ilə Türkiyə
arasında qardaş və dost münasibətlərinin bütün sahələrdə uğurla
inkişaf etdiyi bir daha qeyd olunub.