Prezident İlham Əliyevlə Prezident Volodimir Zelenski arasında telefon danışığı olub

Fevralın 26-da Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Trend xəbər
verir ki, bu barədə Prezident İlham Əliyevin rəsmi “Twitter”
səhifəsində paylaşım edilib.

“Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Prezident
İ.Əliyevə zəng edib. O, atəşkəsin əldə edilməsi, qarşıdurmanın
siyasi müstəviyə keçirilməsi üçün göstərdiyi səylərinə, Ukrayna
əhalisinə dərman preparatları və tibbi avadanlıqların
göndərilməsinə görə Azərbaycan Prezidentinə təşəkkür edib”, – deyə
paylaşımda deyilir.

Teqlər: