Prezident İlham Əliyevin sayəsində Azərbaycan müxtəlif dinlərin, mədəniyyətlərin mərkəzinə çevrilib.
Trend xəbər verir ki, bunu ABŞ-ın Etnik Anlaşma Fondunun prezidenti və təsisçisi Ravvin Mark Şnayer “Mədəniyyət naminə sülh” Tərəfdaşlar Forumunda çıxışı zamanı deyib.
“Azərbaycanın yəhudi icması dünyanın ən böyük icmalarından biridir”, – deyə M.Şnayer bildirib.
O əlavə edib ki, Azərbaycan, xüsusilə də Prezident İlham Əliyev ölkədə bütün dini konfessiyalara böyük dəstək göstərir.