Mədəniyyəti hifz etmək üçün sülhə ehtiyacımız var – Elham Aişeyni (FOTO)

Xəbər - Humay Ağacanova – Trend:

Sülhə yalnız dialoqla nail olmaq olar.

AzerTimes-ın məlumatına görə bunu, “Mədəniyyət naminə sülh” qlobal
kampaniyasının Tərəfdaşlar Forumunda çıxışı zamanı KAICIID Dialoq Mərkəzinin baş katibinin müavini Elham Aişeyni deyib.

“Biz sülh istəyiriksə, konkret olaraq hədəflərimizə doğru getməliyik. Bu isə çoxtərəfli əməkdaşlıqla mümkün ola bilər. Mədəniyyəti hifz etmək üçün də sülhə ehtiyacımız olduğunu unutmamalıyıq. Sülhün olması dialoq prosesində qadınlar da bunun bir parçası olmasıdır”, – E.Aişeyni bildirib.


Qeyd edək ki, ADA Universitetində “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlar Forumu (“Peace4Culture” Partners Forum) işə başlayıb.

BMT-nin Sivilizasiyalar Alyansı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO), ADA Universiteti və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə dövlət rəsmiləri, bir sıra beynəlxalq təşkilatların və sülhün təşviqi üzrə ixtisaslaşmış institutların, diplomatik korpusun rəhbər şəxsləri və nümayəndələri iştirak edirlər.

Teqlər: