Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən quruculuq siyasəti nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin edilib – Taleh Kazımov

Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən
quruculuq siyasəti nəticəsində ölkədə makroiqtisadi sabitlik və
maliyyə dayanıqlığı təmin edilib və bu istiqamətdə geniş-miqyaslı
tədbirlər davam etdirilir.

Trend xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov
kommersiya banklarının rəhbərləri ilə görüşü zamanı deyib.

Mərkəzi Bankın sədri görüşdə çıxış edərək cənab Prezident İlham
Əliyevin ölkədə dayanıqlı makroiqtisadi sabitlik və sosial-iqtisadi
inkişafa dair müəyyən etdiyi hədəf və vəzifələri xüsusi qeyd etdi.
Bildirdi ki, dövlət başçısının rəhbərliyi altında həyata keçirilən
quruculuq siyasəti nəticəsində ölkədə makroiqtisadi sabitlik və
maliyyə dayanıqlığı təmin edilmişdir və bu istiqamətdə
geniş-miqyaslı tədbirlər davam etdirilir.

Bank sektorunun dayanıqlıq göstəricilərinə diqqət çəkən
T.Kazımov bank sisteminin ölkədə maliyyə inklüzivliyinin
inkişafındakı aparıcı rolunu xüsusilə qeyd etdi və bildirdi ki,
növbəti dövrdə ölkədə maliyyə əlçatanlığının artırılması, müasir
bankçılıq üzrə qlobal çağırışlara uyğunlaşma, milli iqtisadiyyatın
inkişafına davamlı dəstək üzrə yeni hədəflərə nail olma və digər
istiqamətlərdə aktiv işlər davam etdiriləcəkdir.

Teqlər: