Pandemiya zamanı iş yerlərinin bağlanması insan alveri risklərini artırmışdı – Seyfulla Əzimov

İnsan alveri cinayəin ən təhlükəli formalarından biri olaraq
qalmaqdadır. Ölkəmizdə insan alverinə qarşı qanunvericilik bazası
2021-ci ildə də təkmiləşdirilib.

Trend məlumatına görə, bunu Azərbaycanın İnsan Alverinə Qarşı
Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci
müavini, polis general-leytenantı Seyfulla Əzimov Milli Məclisdə
İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik
məlumatı təqdim edərkən deyib.

O bildirib ki, pandemiya zamanı iş yerlərinin bağlanması insan
alveri risklərini artırmışdı. “Bu baxımdan insan alverinə qarşı
mübarizə tədbirləri gücləndirilib və dövrün tələbinə
uyğunlaşdırılıb”, – deyə o bildirib.

Teqlər: