Prezident İlham Əliyevin bugünkü konfransda xarici dildə
danışığına heyran qaldım. İlham Əliyev bizimlə görüşdüyü üç saat
ərzində heç bir qeydlər aparmadan təmiz şəkildə danışırdı. Bu, çox
gözəldir.
AzerTimes xəbər verir ki, bu
sözləri AZƏRTAC-a açıqlamasında Trend BİA tərəfindən Fransada təsis
edilmş “La Gazette” jurnallarının baş icraçı direktoru Jan-Mişel
Brön söyləyib.
“Prezident İlham Əliyev konfransda Qarabağdakı vəziyyət,
Türkiyə, İran və Rusiya, hətta Avropa ilə əlaqələr və təbii ki,
Ermənistanla münaqişə barədə danışdı. Bildiyiniz kimi, təqribən 700
min nəfərdən ibarət Ermənistan diasporu Fransada böyük təsirə
malikdir. Buna görə də bəzi siyasətçilər Ermənistanı
dəstəkləyirlər. Lakin əminəm ki, Fransada prezident seçkilərinin
yekunundan sonra Azərbaycanla Fransa arasında gələcəkdə daha güclü
əlaqələr yaranacaq”, – deyə J.Brön vurğulayıb.
O, hazırda Şuşa ilə bağlı fransız dilində kitab yazdığını da
bildirib.