Övladlarının tərbiyəsi ilə düzgün məşğul olmayan 75 valideyinə qarşı tədbirlər görülüb

Azərbaycanda övladlarının tərbiyəsi ilə düzgün məşğul olmayan 75
valideyinə qarşı tədbirlər görülüb.

AzerTimes-ın məlumatına görə, bu barədə Azərbaycanın İnsan alverinə
qarşı mübarizə üzrə Milli Koordinatorunun 2021-ci il üzrə illik
məlumatında qeyd olunub.

Bildirilib ki, hesabat ilində uşaq əməyinin istismarının
qarşısının alınması üzrə reydlər də davam etdirilərək ailə
mühitindən, pedaqoji və ictimai təsir vasitələrindən kənarda qalan,
küçələrdə işləyən və dilənçilik edən 450 uşaq aşkarlanıb.

Nəticədə övladlarının təlim-tərbiyəsi ilə bağli üzərinə düşən
vəzifələri yerinə yetirməyən 75 valideyn barǝsində inzibati tənbeh
tədbirləri görülub.

Teqlər: