Prezident İlham Əliyevin güləşçilərlə görüşdə verdiyi mesajların şərhi – “Əsas məsələ”də MÜZAKİRƏ (VİDEO)

“Güləş Azərbaycanda idmanın bütün növləri arasında xüsusi yerə
malikdir. Güləş bizim milli idman növümüzdür. Bütün dövrlərdə güclü
güləşçilərimiz olubdur, həm sovet dövründə və xüsusilə müstəqillik
dövründə. Bizim güləşçilərimiz Azərbaycanı müxtəlif yarışlarda
ləyaqətlə təmsil ediblər. Bizim bir çox Olimpiya, dünya, Avropa
çempionlarımız var. Əlbəttə, güləşin ənənələri Azərbaycanda kifayət
qədər güclüdür və şadam ki, indi gənc nəsil bu ənənələri davam
etdirir. Əminəm ki, bu yaxınlarda medallar qazanmış idmançılar
arasında gələcəyin Avropa, dünya və Olimpiya çempionları olacaqlar.
Nəsildən-nəslə keçən bu təcrübə, bilik, səriştə əminəm ki,
Azərbaycanı bundan sonra da dünya miqyasında aparıcı güləş
ölkələrindən birinə çevirəcəkdir. Hər halda Avropada gənclər
arasında biz birinciyik və mənə verilən məlumata görə, çempionatda
34 ölkə iştirak edirdi. Bunu nəzərə alaraq, bir daha qeyd etmək
istəyirəm ki, bu, doğrudan da böyük nailiyyətdir. Əlbəttə, bütün bu
amilləri nəzərə alaraq, bu gün mən sizi dəvət etmişəm ki, şəxsən
özüm sizi təbrik edim və ümidvar olduğumu bildirim ki, gələcəkdə də
siz eyni əzmkarlıqla ölkəmizi ləyaqətlə təmsil edəcəksiniz”.

AzerTimes-ın məlumatına görə, Elnar Məmmədlinin təqdimatında
AzTV-nin “Əsas məsələ” verilişində “Prezident İlham Əliyevin
güləşçilərlə görüşdə verdiyi mesajların şərhi” mövzusunda aparılan
müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları
– siyasi şərhçilər Cavid Osmanov, Rufiz Hafizoğlu və Tural
İsmayılov mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Teqlər: