Prezident İlham Əliyevin əfv sərəncamı ümumilikdə 213 nəfərə şamil olunub

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
“Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam
imzalayıb.

Trend xəbər verir ki, Sərəncama əsasən, məhkum olunmuş bir sıra
şəxslərin, onların ailə üzvlərinin, Azərbaycan Respublikasının
İnsan hüquqları üzrə müvəkkilinin, insan hüquqlarının müdafiəsi
təşkilatlarının Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında
müraciətlərinə baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə
vəziyyəti, törətdikləri cinayətlərin xarakteri və ictimai
təhlükəlilik dərəcəsi, cəza çəkdikləri müddəti və həmin müddətdə
davranışları nəzərə alınaraq, humanizm prinsipləri əsas götürülərək
ümumilikdə 213 nəfər əfv edilib.

Belə ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər
cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının
çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum
edilmiş 3 nəfər cəzadan azad ediliblər.

Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6
nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.

Teqlər: