Prezident İlham Əliyevin çıxışı diasporu gələcək işlər üçün ruhlandırır – Lev Spivak

Şuşa. Trend:

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V
Qurultayında diasporun fəaliyətini müsbət qiymətləndirdiyi çıxışı
bizi gələcək işlər üçün ruhlandırır.

Bunu Trend-ə “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiyasının prezidenti Dünya
Azərbaycanlılarının V Qurultayı çərçivəsində deyib.

“Mən həm də Prezident İlham Əliyevin Qarabağın gələcəyi barədə
sözlərini eşitməkdən məmnun oldum. Bu, bizi ümidləndirir”, –
L.Spivak deyib.

O qeyd edib ki, Prezident İlham Əliyev növbəti qurultayadək
tapşırıqları və diasporun fəaliyyət istiqamətlərini dəqiq
müəyyənləşdirib.

L.Spivak bildirib ki, bütün dünya ikinci Qarabağ müharibəsində
Azərbaycanın qələbəsindən heyranlıqla danışıb.

Onun sözlərinə görə, bu baxımdan, dünyaya həqiqətlərin
çatdırılması üçün diasporun işi vacib rol oynayır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: