Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya etimad üçün təşəkkür edirəm – Mariana Vasileva

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2021-ci il tarixli Sərəncamı ilə gənclər və idman nazirinin müavini təyin olunmağım mənim üçün böyük şərəfdir. Bu vəzifədə çalışacağım müddətdə mənə göstərilən yüksək etimadı doğrultmağa, Azərbaycan idmanının inkişafı üçün öz təcrübəmi və bacarığımı var-gücümlə sərf etməyə çalışacağam.

AzerTimes-ın məlumatına görə, bunu gənclər və idman nazirinin müavini Mariana Vasileva “Facebook” səhifəsində yazıb.

“Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bu etimad üçün təşəkkür edirəm.

Azərbaycana xidmət etməkdən və ölkəmizdə idmanın inkişafı üçün çalışmaqdan qürur duyuram”, – deyə M.Vasileva vurğulayıb.

Teqlər: