Prezident İlham Əliyev: Zəngilan rayonunda yaradılan “DOST Aqropark”ı birinci və nümunəvi aqropark olacaq

Azad edilmiş ərazilərdə birinci aqropark məhz yenə də Zəngilan
rayonunda yaradılır. Keçən il mən qardaşım, Türkiyə Cümhuriyyətinin
Prezidenti ilə birlikdə “DOST Aqropark” adlandırılan aqroparkın
təməlini qoyduq. Bu yaxınlarda aqroparkın fəaliyyəti ilə bağlı mənə
məlumat verildi. Çox şadam ki, hər şey plan üzrə gedir. Bu,
birinci, nümunəvi bir aqropark olacaq.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev Vahid Hacıyevi
Prezidentin Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması
ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, azad edilmiş
torpaqlarda aqroparkların sayı çox olacaq. İndi Cəbrayıl və Ağdam
rayonlarında sənaye zonaları yaradılır.

“Hesab edirəm ki, Zəngilan rayonunda əsas məşğulluq və
iqtisadiyyatın əsas hissələrindən biri də kənd təsərrüfatı
olmalıdır. Çünki təbii iqlim çox əlverişlidir və yenə də “DOST
Aqropark”ın timsalında biz azad edilmiş bütün torpaqlarda gələcəkdə
yaradılacaq mənzərəni görməliyik”, – deyə Prezident İlham Əliyev
qeyd edib.

Teqlər: