Aİ ilə Azərbaycan arasında enerji əməkdaşlığı genişlənmə potensialına malikdir – Səfir

Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında enerji əməkdaşlığı
genişlənmə potensialına malikdir.

Trend-in məlumatına görə, bunu Aİ-nin
Azərbaycandakı səfiri Peter Mixalko 9 may Avropa Gününə həsr
olunmuş mətbuat konfransında deyib.

“Enerji sektoru uğurla inkişaf edən ticarət münasibətləri ilə
yanaşı, Aİ ilə Azərbaycan arasında əməkdaşlığın vacib sahələrindən
biridir”, – deyə o bildirib.

Onun sözlərinə görə, “Cənub Qaz Dəhlizi” Aİ ilə Azərbaycan
arasında ən böyük layihələrdən biri, bu sektorda uğurla inkişaf
etməkdə olan tərəfdaşlığın nümunəsidir.

“Aİ ilə Azərbaycan arasında enerji əməkdaşlığı həm də bərpa
olunan enerji mənbələri sektoruna da aiddir. “Yaşıl” enerji həm Aİ,
həm də Azərbaycan üçün vacib sahələrdəndir”, – P.Mixalko deyib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: