Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin açılması region ölkələri üçün yeni imkanlar yaradacaq

İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra Azərbaycan bir sıra vacib təklif və təşəbbüslərlə çıxış edib.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələr zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, həmin təklif və təşəbbüslər 10 noyabr 2020-ci il birgə bəyanatında öz əksini tapıb:

“Bu layihələrin reallaşdırılması üzrə işlər artıq başlayıb. Azərbaycan bunun üçün texniki və maliyyə ehtiyatları ayırıb. Zəngəzur dəhlizinin açılması region ölkələri üçün yeni imkanlar yaradacaq”.

Teqlər: