Prezident İlham Əliyev: Zəfərdən sonra bizim gücümüz, nüfuzumuz, təsir dairəmiz daha da genişləndi

Zəfərdən sonra bizim gücümüz, nüfuzumuz, təsir dairəmiz daha da genişləndi.

AzerTimes xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 24-də Şuşada Cıdır düzündə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

“Bu gün azad Qarabağda, Şuşada və Hadrutda olarkən mən, – əgər belə demək mümkündürsə, – öz ad günümü qeyd edirəm. Bu gün səhər Hadrutda Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi yeni silahlı birləşmə olan Komando Briqadasının hərbi hissəsinin açılışında iştirak edirdim. Mən bilirdim və hesab edirəm Azərbaycan xalqı da bu seçimi dəstəkləyər ki, bu gün mən Prezident, Ali Baş Komandan kimi hərbçilərə, Müzəffər Azərbaycan Silahlı Qüvvələrinə öz təşəkkürümü bildirmək və onların qarşısında yeni vəzifələr qoymaq üçün hərbçilərlə birlikdə olmalı idim”.

Teqlər: