Prezident İlham Əliyev: Yaxın on ildə biz daha güclü olacağıq

Yaxın on ildə biz daha güclü olacağıq və mən ümid edirəm ki, o
zaman, bəlkə 10 ildən də tez bütün anlaşılmazlıqlar, Ermənistanla
olan problemlər həll edilmiş olacaq. Eyni zamanda, Cənubi Qafqaz
regionu tam şəkildə inteqrasiya edilmiş, bölgənin üç ölkəsinin
artıq sıx əməkdaşlığı mövcud olmuş olacaq.

Trend xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA
Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq”
mövzusunda beynəlxalq konfransda bildirib.

Dövlətimizin başçısı deyib ki, bunun üçün fürsət və imkanlar
var. Azərbaycan istər nəqliyyat, istər enerji sahəsində regional
layihələrin reallaşdırılmasında, Azərbaycan-Türkiyə kontekstində
üçtərəfli əməkdaşlıqda çox mühüm rol oynayır.

Teqlər: